Avropa İttifaqı Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır

Avropa Xarici Fəaliyyət Xidməti bir ay ərzində Əfqanıstandakı diplomatik nümayəndəliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bu barədə son qərar təhlükəsizliklə bağlı məsələrdən irəli gələrək veriləcək. Sentyabr ayında Aİ nümayəndə heyəti Əfqanıstana səfər edərək oradakı real vəziyyəti qiymətləndirib. Avropa İttifaqı Kabildəki nümayəndəliyinin fəaliyyətini bərpa etməkdə maraqlıdı. Çünki bu humanitar yardımı, o cümlədən təxliyyəni daha effektiv həyata keçirməyə imkan verəcək.

Hazırda yaranan çətinlik nümayəndəliyin inzibati binasının kim tərəfindən mühafizə olunması ilə bağlıdı.