Avrokubok rəqiblərimiz bu tarixlərdə bəlli olacaq

Avrokubok rəqiblərimiz bu tarixlərdə bəlli olacaq

UEFA Çempionlar Liqası və Avropa Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimlərinin vaxtları bəlli olub.

ÇL-də ilkin və I təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq. Azərbaycanı turnirdə təmsil edəcək “Qarabağ”ın rəqibi həmin gün müəyyənləşəcək.

Avropa Liqasında I təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq. “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın rəqibləri həmin tarixdə bəlli olacaq.

ÇL-də püşkatma tarixləri:

I təsnifat mərhələsi – 9 avqust
II təsnifat mərhələsi – 10 avqust
III təsnifat mərhələsi – 31 avqust
Pley-off mərhələsi – 1 sentyabr
Qup mərhələsi – 1 oktyabr

AL-də püşkatmaları:
I təsnifat mərhələsi – 10 avqust
II təsnifat mərhələsi – 31 avqust
III təsnifat mərhələsi – 1 sentyabr
Pley-off mərhələsi – 18 sentyabr
Qrup mərhələsi – 2 oktyabr.