AVRO-2020: Niderland yığması Avstriyaya komandasına qalib gələrək 1/8 finala yüksəlib

Xəbər - Trend:

Niderland yığması Avropa futbol Çempionatının ikinci turunda C qrupunda Avstriya komandasını 2:0 hesabı ilə məğlub edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, görüş Amsterdamda keçirilib.

Qolları Memfis Depay (11-ci dəqiqə, penalti) və Denzel Dümfris (67) vurublar.


Bununla da Frank de Buranın yetirmələri altı xal toplayaraq 1/8 finala yüksəliblər.

Teqlər: