AVRO-2020: Belçika Rusiyanı böyük hesabla məğlub etdi

Rusiya yığmasının futbolçuları Avropa çempionatında Belçika yığmasına məğlub olublar.

AzerTimes-ın məlumatına görə, Sankt-Peterburqda keçirilən görüş 3:0 hesabı ilə bitib.

Qollardan ikisini 10-cu və 89-cu dəqiqələrdə Romelu Lukaku, daha birinii isə 34-cü dəqiqədə Tomas Menye vurublar.

Qarşılaşmanı tribunalardan 26 264 azarkeş izləyib.

Komandalar B qrupunun üzvüdür. Qrupun digər oyununda Finlandiya Danimarkanı məğlub edib – 1:0. Hazırda Belçika və Finlandiya komandaları hərəsi 3 xala sahibdir.

Çempionat çərçivəsində növbəti matç Rusiya ilə Finlandiya arasında Sankt-Peterburqda iyunun 16-da baş tutacaq. Belçika isə Danimarka ilə Kopenhagendə qarşəlaşacaq.

Teqlər: