Avqust ayında günəş tutulması olacaq

Avqust ayında günəş tutulması olacaq

Avqust ayında tam günəş tutulması baş verəcək.

AMEA-dan verilən məlumata görə, ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı məlumata görə, 2017-ci ilin avqust ayında tam Günəş tutulması baş verəcək. Tədqiqatçıların sözlərinə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq.

Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.

Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalniz ABŞ sakinləri müşahidə edə biləcək.

Növbəti belə Günəş tutulması isə 2035-ci ilin sentyabr ayının 2-də baş verəcək.