Avqust ayında dünyada 20 milyon nəfər koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

Bu ilin avqustunda dünyada 20 milyon nəfər koronavirusa yoluxub.

AzerTimes-ın məlumatına görə, bu, pandemiya dövründə qeydə alınan ikinci ən yüksək göstəricidir.

Buna qədər 2021-ci ilin aprelində 22 milyondan çox şəxs virusa yoluxmuşdu.

Eyni zamanda, avqust ayında 300 min nəfər koronavirus nəticəsində həyatını itirib.


Hesabat dövründə yoluxanların böyük hissəsi ABŞ-ın payına düşüb. Ötən ay bu ölkədə 4,5 milyon nəfər koronavirusa yoluxub.

Böyük Britaniyada 900 min nəfər virusa yoluxub ki, bu da Avropada ən yüksək göstərici olub.