Aviaparkın genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş qismində mövqeyini möhkəmləndirəcək – Nazir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

“Boeing 777 Freighter” təyyarələrinin satın alınması ilə bağlı sazişin həm “Silk Way West Airlines” şirkəti, həm də Azərbaycan üçün çox böyükdür.

AzerTimes-ın məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, son illər Azərbaycanın milli aviadaşıyıcılar parkı ən müasir təyyarələrlə yenilənib, onların maddi-texniki bazası möhkəmləndirilib, təklif olunan xidmətlərin səviyyəsi yüksəlib: “İnanıram ki, bu saziş “Silk Way West Airlines”ın beynəlxalq hava yükdaşımalarında rolunu gücləndirərək Azərbaycanın regional nəqliyyat qovşağı və beynəlxalq ticarət və kommersiyada etibarlı tərəfdaş qismində mövqeyini möhkəmləndirəcək”.

Onun sözlərinə görə, nazirlik mərkəzi tənzimləyici orqan olaraq COVID-19 pandemiyası ilə bağlı problemləri həll etməyə çalışır: “Biz Azərbaycanı qlobal şəbəkənin tərkib hissəsi kimi nəzərdən keçirdiyimiz üçün məqsədimiz bu şəbəkəyə tam inteqrasiya olmaqdır. Biz qlobal oyunçularla rəqabət aparmağa çalışmırıq, əksinə, qarşılıqlı səmərəli ittifaqlar qururuq. Əminəm ki, yeni təyyarələrin alınması ölkəmizdə avianəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: