ATƏT nümayəndəsi azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib

ATƏT-in KİV-lərin azadlığı məsələləri üzrə nümayəndəsi Tereza Ribeyro Kəlbəcərdə azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.

AzerTimes-in məlumatına görə, bu barədə onun bəyanatında deyilir.

T.Ribeyro bildirib: “Məhərrəm İbrahimov və Sirac Abışovun faciəvi ölümü dəhşətli xəbərdir. Mən onların yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və digər bir mülki vətəndaş həlak olub.

Teqlər: