ATƏT Minsk qrupunun rusiyalı yeni həmsədri Cənubi Qafqaza səfər edəcək

ATƏT Minsk qrupunun Rusiyadan olan yeni həmsədri İqor Xovayev Cənubi Qafqaza səfər edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya ATƏT Minsk qrupu həmsədrlərinin mövcud mandat əsasında Qarabağ tənzimlənməsi üzrə işinin fəallaşdırılmasını dəstəkləyir: “Həmsədrlər Bakı ilə Yerevan arasında etimadın yüksəldilməsinə kömək göstərə bilər. Minsk qrupunun yeni həmsədri regiona səfər edəcək”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: