AstraZeneca peyvəndinin faydaları risklərdən daha çoxdur – ÜST

“AstraZeneca” şirkətinin koronavirusa qarşı istehsal etdiyi peyvəndlə vaksinasiya olunmağın faydaları risklərdən daha çoxdur.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Peyvəndlərin Təhlükəsizliyi üzrə Konsultativ Komitəsinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: “AstraZeneca”nın COVİD-19-a qarşı peyvəndi, “Covishield” peyvəndi də daxil olmaqla faydalar və risklər baxımından müsbət profil göstərməyə davam edir və dünyada infeksiyanın qarşısını almaq və ölüm hallarını azaltmaq üçün böyük potensiala malikdir”.

Qeyd edilir ki, Komitə “AstraZeneca” peyvəndi ilə bağlı bir sıra Avropa ölkəsi, həmçinin Hindistan və digər ölkələrdən daxil olan məlumatları nəzərdən keçirib: “Vaksinasiyadan sonra tromboembolik hadisələrin sayı gözlənilən saya uyğundur”.