“AstraZeneca” Aİ-yə vaksin tədarükünü 2,5 dəfə azaldacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

“AstraZeneca” şirkəti ikinci rüb üçün Avropa İttifaqı (Aİ) ölkələrinə vaksin tədarükü planını 2,5 dəfə azaldıb.

AzerTimes-ın məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

Şirkət həmin dövrdə Aİ-yə 70 milyon doza vaksin tədarük edəcək.


Bundan əvvəl 180 milyon doza vaksinin tədarükü nəzərdə tutulurdu.