ASAN könüllüləri əsgərlərimizə baş çəkiblər (FOTO)

Xəbər - Samir Əli – Trend:

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlarımız tərəfindən ünvanlanmış məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanmış kitablar qəhrəman əsgərlərimizə təqdim olunub.

Təşkilatdan AzerTimes-a bildirilib ki, görüş zamanı “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvləri tərəfindən əsgərlərimiz üçün vətənpərvər musiqilərdən ibarət kiçik konsert proqramı da təşkil olunub.

Məktubların çatdırılmasında məqsəd Azərbaycan əsgərinə mənəvi dəstək olmaq, onların ruh yüksəkliyini artırmaq, göstərdikləri şücaətə görə onlara təşəkkür etmək, xalqımızın dəstəyini və birliyini nümayiş etdirməkdir.

Teqlər: