Arvadını xüsusi amansızlıqla öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

üzuli. Fərid Zöhrabov – Trend:

Mayın 6-da 1989-cu il təvəllüdlü Masallı rayonunun Ərkivan kənd sakini Sevinc Nəsirovanın yaşadığı evdə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

Masallı Rayon Prokurorluğunun AzerTimes -ə verdiyi məlumata görə, istintaqla zərərçəkmişin əri 1979-cu il təvəllüdlü Rəşad Nəsirovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Sevinc Nəsirovanı azyaşlı oğlunun gözləri qarşısında kəsici-deşici alətlə bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər yetirməklə xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Nəsirova Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Teqlər: