“Art Management” layihəsi çərçivəsində “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 15 iyun 2021-ci il saat 20:00-da “Art Management” layihəsi çərçivəsində “Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar baş tutacaq.

Layihə çərçivəsində baş tutacaq təlim Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov tərəfindən keçiriləcək.

Xatırladaq ki, “Art Management” layihəsinə rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların bu istiqamətlər üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.

Bu baxımdan, Azərbayacan Dövlət Rəsm Qalereyası yaradıcı şəxslər, rəssamlar və sənətşünasları silsilə vebinarlarda aktiv iştirak etməyə, öz potensiallarını aşkar edib yeni bilik, bacarıqlar əldə etməyə dəvət edir.

“Zoom” tətbiqi vasitəsilə keçiriləcək silsilə treninqlərdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art Management” başlığını qeyd etməklə ([email protected]) elektron-poçt ünvanımıza müraciət etmələri xahiş olunur.

Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Teqlər: