Argentinanın nəqliyyat naziri yol qəzasında həlak olub

Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həlak olub.

Trend TASS-a istinadən xəbər verir ki, nazirin idarə etdiyi avtomobil San Andres de Xiles şəhəri yaxınlığında magistral yolda aşıb. Hadisənin səbəbləri hazırda məlum deyil.


Xatırladaq ki, M.Meoni 2019-cu ilin dekabrından quruma rəhbərlik edib.

Teqlər: