Argentinada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb

Argentinada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 31 137 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 milyon nəfəri ötüb..

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 722 nəfər ölüb, ölənlərin ümumi sayı 82 667 nəfər təşkil edir.