Argentina prezidenti koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

Argentina prezidenti Alberto Fernandes koronavirusa yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə prezident öz “Twitter” səhifəsində yazıb.

O, koronavirusa görə test verdiyini və bu testin müsbət nəticələndiyini bildirib. Prezident özünü yaxşı hiss etdiyini deyib.

Qeyd edək ki, A.Fernandesin bu ilin yanvarında koronavirusa qarşı peyvənd olunduğu məlumat verilmişdi.