ARDNF investisiya strategiyasını təkrar nəzərdən keçirə bilər

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) investisiya strategiyası fundamental göstəricilər, makroiqtisadi vəziyyət, dünya bazarlarındakı son tendensiyalar nəzərə alınmaqla ortamüddətli perspektivdə təkrar nəzərdən keçirilə bilər.

Bu barədə Trend-ə Fonddan bildiriblər.

Qeyd olunub ki, uzunmüddətli hədəflərə çatmaq üçün öz investisiya fəaliyyətini aktivlərin strateji bölgüsü prinsipinə uyğun həyata keçirir. Bu strategiya risklərin azaldılması məqsədilə portfelin şaxələndirilməsini və gəlirlərin artmasını nəzərdə tutur:


“Əksər hallarda uzunmüddətli perspektivdə bazarların fundamental göstəriciləri böyük dəyişikliklərə məruz qalmır. Qısamüddətli perspektivdə isə dünyada baş verən proseslər Fondun əməkdaşları tərəfindən izlənilir. Ortamüddətli perspektivdə fundamental göstəricilər, makroiqtisadi vəziyyət, dünya bazarlarındakı son tendensiyalar nəzərə alınmaqla SOFAZ-ın investisiya strategiyası təkrar nəzərdən keçirilə bilər”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: