ARDNF AÇG və Şahdəniz üzrə builki gəlirlərini açıqlayıb

Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlanıb.

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) AzerTimes-ə verilən məlumata görə, ilin ilk 5 ayında AÇG yatağından 1 850,2 mln. dollar, Şahdəniz yatağından (qaz və kondensat) isə 62,176 mln. dollar gəlir götürülüb.

O cümlədən, bu ilin yanvar-may aylarında Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 57,131 mln. dollar olub.

Teqlər: