Aralıq dənizində 130-a yaxın miqrant qayığın aşması nəticəsində öldü

Liviya sahillərində qanunsuz miqrantlar olan bqayığın aşması nəticəsində təxminən 130 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə SOS Mediterranee adlı qeyri-hökümət təşkilatı bildirib.

Ona məxsus olan Ocean Viking gəmisi ərazidə batmaqda olan üç gəmi haqqında məlumat aldıqdan sonra Liviya sahillərindəki beynəlxalq sulara göndərilib:


“Bu gün hadisə yerinə gəldiyimiz vaxtdan qəza baş verən ərazidə ən azı 10 cəsəd gördüyümüzə baxmayaraq, bir nəfər də olsun sağ qalanı tapa bilmədik”.