Apple’ın təqdim edəcəyi “iPhone 8” sukeçirməz olacaq

Apple’ın təqdim edəcəyi  “iPhone 8” sukeçirməz olacaq

Apple”ın gözlənilən yeni məhsulunun təqdimatına olduqca az müddət qalıb.  

Artıq şəbəkədə məlumat yayılıb ki, “iPhone 8” İP67 standartına uyğun olaraq sukeçirməz korpusa malik olacaq.

Bəzi mənbələr bildirir ki, smartfonun korpusu şüşədən töküləcək və İP67 standartına qədər çatdırılacaq. Bu standart qismən nəmlik müqaviməti olan cihazların təsnifatına daxildir. Bu xüsusiyyət məişətdə olduqca faydalıdır. Həmçinin bir çox istifadəçilər yeniliklə suyun altında çəkiliş etmək arzularını dilə gətiriblər.

Çox güman ki, belə funksiya iPhone 8-i daha da populyar edəcək.