Apple televizor biznesinə daxil olmağa hazırlaşır

Apple televizor biznesinə daxil olmağa hazırlaşır

Çinin Weibo adlı sosial şəbəkəsində “Apple” şirkətinin hazırladığı televizorun fotoları yayılıb.    

Məlumata əsasən bu televizorlar, 60 inç-lik OLED ekranlara shaibdirlər və şirkət həmin televizorları öz laboratoriyasında test edir. Çox güman ki, fotolarda əks olunmuş cihaz, şirkətin növbəti patenti əsasına hazırlanıb və onlar nəticə etibarilə irimiqyaslı istehsalat mərhələsinə çatmayacaqlar.

Belə ki, şirkət tez-tez müxtəlif cihazların patentlərini əldə edərək onları test edir. Qeyd etmək lazımdır ki, Apple televizorları haqqında şaiyələr bir neçə ildir ki, internetdə gəzir. 2015-ci ildə The Wall Street Journal bildirmişdi ki, “Apple” şirkəti öznünün televizor istehsalı layihəsini ləğv edib. Həmin vaxtda qeyd olunmuşdu ki, şirkət əslində öz televizorunu 10 ilə yaxın idi ki, yaratmağa çalışırdı. Televizorlar, böyük rəqabətin olduğu sahədir. Bir insan belə bir cihazı illərlə istifadə edir və bu cür hal “Apple”a heç sərf etmir. Belə ki, şirkət elə cihazlar istehsal edir ki, istifadəçilər onları mütəmadi şəkildə yeniləyirlər.

Apple TV