Apple şirkəti iPhone 12 seriya modellərini təqdim etdi

Apple şirkəti iPhone 12 seriya modellərini təqdim etdi

Apple şirkəti nəhayət ki, iPhone 12 smartfon seriya modellərini təqdim edib.

Apple şirkətinin 2020-ci il smartfon seriyasına iPhone 12, iPhone 12 mini, iPhone 12 Pro və iPhone 12 Pro Max modelləri daxil olublar. Gəlin ilk öncə iPhone 12 və iPhone 12 mini modellərinə nəzər salaq. Sözügedən smartfonlar iPhone 5-ə bənzər yeni dizayn, keçən ilki modellər ilə müqayisədə təkmilləşdirilmiş kameralar, yeni nəsil prosessor və 5G dəstəyini əldə ediblər.

Xarici görünüşcə hər iki smartfon bir-birinə bənzəyir. Onlar arasındakı yeganə fərq ekran ölçüsündədir. Smartfonlar iPhone 5 və iPad Pro kimi yastı bucaqlara sahib gövdə dizaynını əldə ediblər. Adi iPhone 12 modeli 2532×1170 piksel keyfiyyətli 6.1 düym Super Retina XDR ekran, iPhone 12 mini modeli isə 2340×1080 piksel keyfiyyətli 5.4 düym Super Retina XDR ekran əldə edib. Hər iki smartfonun ekranı əlavə keramik laya sahib Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə edilib.

iphone 12 seriya modellər