Apple gələn il 20 milyon smart saat satacaq

Apple gələn il 20 milyon smart saat satacaq

Bu ilin yekunlarına əsasən Apple korporasiyası 15 milyon ədəd “ağıllı” saat satışına nail olacaq.

Bu, daha çox yeni nəsil saatların hesabına mümkün olacaq. Onların sayəsində yalnız dördüncü rüb ərzində 4,5 milyon ədədə yaxın cihazın satılması gözlənilir.

Bundan başqa, mənbə iddia edir ki, gələn il 20 milyon ədəd “Apple Watch” satılacaq. Bir çox smartfon istehsalçıları bir il ərzində daha az cihaz satışına nail olur.

Apple artıq ağıllı saat istehsalçısı kimi öz mövqelərini möhkəmləndirib və hələlik digər şirkətlərin lideri qabaqlamaq şansları yoxdur. Artıq bir çox istehsalçılar, məsələn, Asus bu bazardan getmək qərarına gəlib.

Samsung və ya LG-nin satışlarına gəldikdə, onların artımı hələlik çox cüzidir.