“Apple” aprel ayında yeni iPad-i təqdim etməyi planlaşdırır

“Apple” şirkəti iPad Pro seriyasını yeniləməyi planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bu barədə “Bloomberg” xəbər verib.

Bildirilib ki, şirkət aprel ayında təkmilləşdirilmiş prosessora malik yeni bir planşet modelini təqdim edəcək.

Onun mənbələrinə görə, təkmilləşdirilmiş prosessora əlavə olaraq, planşet yenilənmiş kamera ilə təchiz ediləcəkdir.


Yeni model hazırkı “iPad Pro”нф bənzəyəcək, ekran ölçüləri eyni olacaq – müvafiq olaraq 11 düym (təxminən 27.9 sm) və 12.9 (32.7).

“Apple”in nümayəndələri bu məlumatlara münasibət bildirməyiblər.