Antonio Quterreş ikinci dəfə BMT baş katibi vəzifəsinə seçilib

Xəbər - Orxan Nəbiyev – Trend:

BMT-nin baş katibi Antonio Quterreş ikinci müddətə baş katib vəzifəsinə seçilib.

Trend-in məlumatına görə, bu barədə BMT Baş Assamleyasının sədri Volkan Bozkır elan edib.

A.Quterreş bu vəzifəyə yeganə namizəd idi.


Qeyd edək ki, A.Quterreş ilk dəfə 2017-ci ildə BMT-nin baş katibi vəzifəsinə seçilib. O, bu vəzifədə 2026-cı ilin dekabrın 31-dək qalacaq.