Antarktida sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Antarktidada Cənubi Şetland adaları sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi elan edilməyib.