Ankarada 2 güclü partlayış oldu

Ankarada 2 güclü partlayış oldu

Türkiyənin Ankara şəhərində şirkətlərdən birində böyük partlayış baş verib.

Hadisə şəhərin Yenimahalle rayonunda Serhat məhəlləsində qeydə alınıb.

Avtomobil hissələri və maşın yağları satılan şirkətdə baş verən partlayışdan dərhal sonra güclü yanğın olub.

Hadisə nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.

Verilən məlumata görə, ərazidə partlayış olmayıb, səbəbi bilinməyən yanğın çıxıb. Hazırda bu istiqamətdə araşdırma aparılır.

ankarada 2 guclu partlayis oldu - olen, yaralanlar var