Amerika gəmisi İranın hərbi gəmisinə atəş açdı

Amerika gəmisi İranın hərbi gəmisinə atəş açdı

ABŞ-a məxsus hərbi gəmi Fars körfəzində İran Hərbi Dəniz Qüvvələrinin gəmisinə xəbərdarlıq atəşi açıb.    

Bu barədə Pentaqondakı mənbə məlumat yayıb.

Məlumata görə, radio və yüksək səsli xəbərdarlıq siqnallarına məhəl qoymayan gəmi ABŞ-ın hərbi gəmisinə 137 metr yaxınlaşıb. Buna cavab olaraq, ABŞ gəmisi ona tərəf xəbərdarlıq atəşi açıb.

İran gəmisinin xəbərdarlıq atəşinə necə reaksiya verməsi barədə hələlik məlumat verilmir.

Rəsmi Tehran insidentlə bağlı hələlik heç bir şərh verməyib.