“AmCham”ın fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlib

Xəbər - Fidan Babayeva – Trend:

2021-ci ildə ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının (AmCham) ölkədəki fəaliyyətinin əsas istiqamətlərindən biri qeyri-neft sektorunun inkişafıdır.

Bunu AzerTimes-a “AmCham”ın prezidenti Nuran Kərimov deyib.

Onun sözlərinə görə, pandemiyadan sonrakı dövrdə “AmCham”ın əsas tapşırığı ölkə iqtisadiyyatının bərpasında hökumətin siyasətini dəstəkləməkdir: “İqtisadiyyat Nazirliyinin reallaşdırdığı layihə və təşəbbüslərdə, o cümlədən, “Ağ sənəd” kimi layihələrdə biz özümüzü tərəfdaş qismində görürük. “AmCham” sahibkarları ümumi maraqlar üzrə birləşdirən və dəstəkləyən unikal təşkilatdır. Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin aradan qaldırılması məqsədilə biz hökumətin həyata keçirdiyi və müsbət nəticələr vermiş tədbirləri qiymətləndirmişik”.


(Tərcümə: Orxan Nəbiyev)