Alyaskada helikopter qəzaya uğrayıb: 5 nəfər ölüb

ABŞ-ın Byutt şəhəri yaxınlığında (Alyaska ştatı) “Eurocopter AS50” helikopteri qəzaya uğrayıb.

AzerTimes-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn xilasedicilər 5 nəfərin meyitini və 1 yaralı şəxsi aşkarlayıblar. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.


Bildirilir ki, qəzanın səbəbi müəyyən edilməyib. Hadisə yeri üzrəində uçuşlar müvəqqəti qadağan edilib.