Alyaska ştatında güclü zəlzələ baş verdi

Alyaska ştatında güclü zəlzələ baş verdi

ABŞ-ın Alyaska ştatının sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

ABŞ-ın Geoloji Xidməti bu barədə bildirib.

Yeraltı təkanların episentri Sand-Poynt yaşayış məntəqəsindən 94 kilometr cənubi-şərqdə, ocağı isə 41 kilometr dərinlikdə yerləşib.

ABŞ Milli Sunami barədə Xəbərdarlıq Mərkəzi zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.