Almaniyanın Münhen şəhərində minalanmış ərazilərin xəritəsi tələb edilib (FOTO)

Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən Münhen şəhərində yerləşən Milli Televiziya (Bayerischer Rundfunk) və Bavariya Parlamentinin qarşısında sakit aksiya təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, aksiyada məqsəd Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin verilməməsidir. Əllərində minalanmış ərazilərə, minaların zərərli təsirlərinə qarşı plakatlar tutmuş aksiya iştirakçıları Ermənistan hökumətindən minalanmış ərazilərə dair xəritələrin verilməsini tələb edib.


Teqlər: