Almaniyanın dövlət borcu 2022-ci ildə 81,5 milyard avro artacaq

Almaniyanın Maliyyə Nazirliyi 2022-ci il üçün dövlət borcunun 81,5 milyard avro təşkil edəcəyi büdcə layihəsini qəbul etməyi planlaşdırır.

AzerTimes-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə gələn il üçün büdcə layihəsi hazırlayan Almaniyanın Maliyyə Nazirliyindəki mənbələr bildirib.

Bildirilir ki, 2021-ci ildə pandemiyanın iqtisadi və sosial nəticələri səbəbindən Almaniyanın dövlət borcu 179,8 milyard avro artacaq. Ötən ilin sonunda borc məbləği 218 milyard avro təşkil edib ki, bu Almaniya tarixindəki ən böyük məbləğdir.

Ümumilikdə Almaniya illik ÜDM-nin 0,35 faizindən çox olan borc almır. Bu qayda parlamentin xüsusi qərarı ilə pandemiya müddətinə dayandırılıb.

Teqlər: