Almaniyada sürücü avtomobili insanların üzərinə sürüb – Ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyanın Leyptsiq şəhərində sürücü avtomobili insanların üzərinə sürüb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər isə xəsarət alıb.

Yerli polis bildirib ki, hadisəni törədən 50 yaşlı şəxs saxlanılıb. Ərazi polis tərəfindən əhatəyə alınıb.

Qeyd olunur ki, avtomobil dayanacaqda duran şəxsləri vurub. Polis insidenti ilkin olaraq bədbəxt hadisə kimi qiymətləndirir.