Almaniyada piyada körpüsü çöküb, ölən və xəsarət alan var

Almaniyanın Aşağı Saksoniya federal torpağında piyada körpüsü çöküb.

AzerTimes-ın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, körpünün çökməsi nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə helikopter cəlb edilib.

Bildirilir ki, insident baş verən zaman körpünün tikintisi başa çatmamışdı.