Almaniyada parlament seçkiləri başlayıb

Almaniyada parlament seçkilərində səsvermə üçün seçki məntəqələri yerli vaxtla səhər saat 8-də açılıb.

AzerTimes-ın məlumatına görə, səsvermə saat 18:00 -dək davam edəcək, exit-polların nəticələri elan ediləcək, rəsmi seçkilərin nəticələri çox gec olacaq.


Almaniya parlamentinə (Bundestaq) seçkilər dörd ildən bir keçirilir, sentyabrın 26-da 20 -ci çağırış Bundestaqı seçiləcək. Seçkilərin nəticələrinə görə Almaniya prezidentinin təklifi ilə yeni parlament kansleri seçəcək.