Almaniya Senegala peyvənd istehsalı üçün 20 milyon avro ayırmaq niyyətindədir

Almaniya Afrika qitəsində istifadəyə yararlı vaksinlərin istehsalını təşkili üçün Senegala maliyyə yardımı etməyə hazırdır.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Gerd Müller deyib.

Nazir bildirib ki, bu məqsədlə maliyyə vəsaitlərinin 2022-ci ilin aprel ayına qədər Dakar Paster İnstitutuna göndərilməsi planlaşdırılır.


Hazırda Afrika koronavirusa qarşı vasitələrinin təxminən 99 faizini idxal edir.