İngiltərə məğlub oldu

İngiltərə məğlub oldu

Futbol Dünya Çempionatı – 2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlardan öncə dünyanın bir sıra ölkələrinin milli komandaları yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar.

Martın 26-da millimizlə oynayacaq Almaniya millisi də sınaq qarşılaşmasına çıxıb.

Bundestimin rəqibi İngiltərə millisi olub. Dortmundda “Siqnal İduna Park” arenasında baş tutan görüş almanların millimizlə matçdan öncəki son sınağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdəki yeganə qolu milli ilə vida matçına çıxan Lukas Podolski vurub.