Prezidentimiz Türkiyədə

Prezidentimiz Türkiyədə

Oktyabrın 9-u İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü baş tutub.

Görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etdilər. Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.

Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

aliyev-erdogan2


Sonrakı xəbər
Əvvəlki xəbər