Alimpaşa Məmmədov istintaq təcridxanasında şeir yazmağa başlayıb

Xəbər - Samir Əli – Trend:

Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədov şeir yazır və idmanla məşğuldur.

Bunu AzerTimes-a açıqlamasında bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Saxlanma Yeri və İstintaq Təcridxanasında A.Məmmədovla görüşən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov deyib.

O bildirib ki, sabiq icra başçısı hər gün idmanla məşğul olur: “Sabiq icra başçısı ilə təcridxanada təkbətək görüşdüm və vəziyyəti ilə maraqlandım. Alimpaşa Məmmədov bildirdi ki, hazırda özünü gümrah hiss edir, heç bir problemi yoxdur, asudə vaxtlarından faydalı istifadə edir. Dedi ki, saxlandığı müddətdə, həmçinin şeir də yazır, faydalı işlə məşğuldur. İstintaqın gedişindən də razıdır, istintaq tam obyektiv aparılır”.

Teqlər: