Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.

S/s

İmtahanın adı

Keçirilmə tarixi

1.

– Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi;

– Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

1 iyul


2.

Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:

III ixtisas qrupu

14 iyul

II və IV ixtisas qrupları

15 iyul

I ixtisas qrupu

27 – 28 iyul

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

Teqlər: