Aktyor Telman Əliyev vəfat etdi

Aktyor Telman Əliyev vəfat etdi

Respublikanın əməkdar artisti, şərəf nişanı ordenli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitenin dosenti, tanınmış kino və teatr aktyoru Telman Əliyev vəfat edib.

Aktyor ürək çatışmazlığından dünyasını dəyişib.

Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində Bəhram (“Solğun çiçəklər” Cəfər Cabbarlı), Baloğlan (“Almaz” Cəfər Cabbarlı), Şeyx Alı (“Vaqif” Səməd Vurğun), Məşədi İbad (“Məşədi İbad” Üzeyir Hacıbəyov), Əliqulu (“Əliqulu evlənir” Sabit Rəhman), Xurşidbanu Natəvanın oğlu (“Xan qızı” F.Əliyarbəyli), Əziz (“Qatır Məmməd”, Zahid Xəlil), Sabir (“Yeddi oğlan və bir qız” R.Ağayev), Molla Sadıq (“Dəli Kür” İsmayıl Şıxlı) və s. rolları ifa edib, əməkdar artist “Bir aktyorun teatrı” ( Araq düşkünü), “Bahar-99” (Məşədi) teletamaşalarına və “Şeytan içimizdədir” (şöbə rəisi), “Yük” (Duxançı), “Bizi dağlarda axtarın” filmlərinə çəkilib.

O, “Xoca” filmində də rol almışdı.

1986-cı ildə Şərəf nişanı ordeni ilə təltif edilib. 1989-cu ildən respublikanın Əməkdar artisti idi.

Allah rəhmət eləsin.