Aİ və “Pfizer-BioNTech” sürətləndirilmiş vaksin tədarükü barədə razılıq əldə edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa Komissiyası və “Pfizer-BioNTech” ABŞ-Almaniya birgə konsorsiumu bu ilin ikinci rübündə 10 milyon doza vaksinin sürətləndirilmiş tədarükü barədə razılıq əldə edib.

AzerTimes-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

Bu razılaşma rüb ərzində ümumi vaksin tədarükünün 200 milyon dozayadək çatdırılmasına imkan verəcək.


Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ölkələrində peyvəndləmə prosesi 3 aya yaxın müddətdə davam etsə də, bəzi şirkətlərin istehsalının ləngiməsi ilə əlaqədar proses gözlənildiyindən daha yavaş davam edir.