Aİ sammiti videokonfrans rejimində keçiriləcək

25-26 mart tarixlərində Brüsseldə keçirilməli olan Avropa İttifaqının sammiti koronavirusa yoluxma hallarının sayının artması səbəbilə videokonfrans rejimində baş tutacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində Avropa Şurası prezidentinin mətbuat katibi Brend Leyts yazıb.

B.Leyts bildirib ki, bu barədə qərarı Avropa Şurasının prezidenti Şarl Mişel qəbul edib.

Qeyd edək ki, Avropada koronavirusun yayılmasının üçüncü dalğası çərçivəsində hər gün yoluxma hallarının sayında artım müşahidə edilir.