Aİ ölkələrində tam peyvənd olunanların sayı 100 milyona çatıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa İttifaqı (Aİ) ölkələrində 100 milyon nəfər koronavirusa qarşı tam peyvənd olunub.

AzerTimes-ın məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

O əlavə edib ki, Aİ-də, həmçinin yaşı 18-dən yuxarı sakinlərin 50 faizə yaxını peyvəndlənib.