Aİ ölkələri əcnəbilər üçün giriş qaydalarını yumşaltmağa çağırıb

İqtisadiyyatı üçün turizm sahəsi mühüm rol oynayan bir qrup Avropa İttifaqı ölkəsi xaricdən Aİ-yə giriş məhdudiyyətlərini yumşaltmağa çağırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi Aİ-nin diplomatik dairələrində olan mənbələrinə istinadən bildirib.

Məlumata əsasən, bir sıra Avropa ölkələri koronavirus ilə bağlı testin neqativ çıxmış, peyvənd olunmuş və ya COVID-19-dan sağalan əcnəbilər üçün Aİ-yə giriş imkanını tətbiq etməyi təklif edib.

Bir sıra ölkələr, ilk növbədə Böyük Britaniyadan gələn səyahətçilərə, əcnəbilərə birtərəfli sərhədlərin açılması üçün planlar hazırlayır.