Aİ-nin vaksinasiya strategiyasında səhvlərə yol verilib – Avropa Komissiyası rəhbərinin müavini

Avropa İttifaqının (Aİ) koronavirusa qarşı vaksinasiya strategiyası çərçivəsində peyvəndlərin sifarişi məsələsində səhvlərə yol verilib.

AzerTimes-ın məlumatına görə, bunu “Tagesspiegel AM Sonntag” qəzetinə müsahibəsi zamanı Avropa Komissiyası rəhbərinin müavini Frans Timmermans deyib.

F.Timmermans bildirib: “Doğrudur ki, həm Brüssel, həm də üzv dövlətlər tərəfindən peyvəndlərin sifarişində səhvlərə yol verilib. Lakin tələsmək lazım deyil. Pandemiya bitəndən sonra nəyin səhv və nəyin düzgün edildiyini görə biləcəyik”.


Onun sözlərinə görə, peyvəndlərin birgə sifarişi doğru addım idi, lakin bu razılaşma daha çox Almaniya kimi zəngin ölkələrin maraqlarına cavab verirdi.