Aİ Azərbaycanın bölgələrində mikrosahibkarlığın inkişafını dəstəkləyir

Avropa İttifaqı (Aİ) Azərbaycanın bölgələrində mikrosahibkarlığın inkişafını dəstəkləyir.

AzerTimes-in məlumatına görə, Aİ-nin Azərbaycandakı nümayəndəliyi “Azərbaycanın bölgələrində dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsinin reallaşdırılması üçün 464 805 avro vəsait ayırıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, layihə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Kür-Araz (Aran) iqtisadi zonalarında yeni iş yerlərinin yaradılması, sahibkarlıq bacarıqlarının artırılmasının dəstəklənməsinə yönəlib:


“Bölgələrdə bazar imkanlarının genişləndirilməsi, mikrosahibkarların bilik və bacarıqlarının artırılması, onların biznes imkanlarının genişləndirilməsi və maliyyə dəstəyi bizim bu istiqamətdə əsas tapşırıqlarımızdır”.

(Tərcümə: Orxan Nəbiyev)