Aİ Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə 740 min avrodan çox vəsait ayırıb

Xəbər - Sədrəddin Ağcayev – AzerTimes:

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ölkədə təhsil sisteminin və müəllimlərin bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş “İnklüziv təhsil sahəsində müəllimlərin ixtisasının artırılması” layihəsinə 740 min avrodan çox vəsait ayırıb.

AzerTimes-in məlumatına görə, bu layihə Bakı, Şəki, Ağcabədi, Quba, Şamaxı və Masallıda icra olunur.

Layihə mindən çox orta məktəb müəllimi və 250 direktoru, 400 ali tədris müəssisəsi müəllimini və 2 min şagirdi əhatə edir.


Qeyd edək ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyi KİV nümayəndələri üçün Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında reallaşdırılan layihələrlə tanışlıq məqsədilə ikigünlük səfər təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: